Conson Kiyevdə hərbi yardım məsələsini müzakirə edib
https://azeri.sahartv.ir/news/dünya-i387844-conson_kiyevdə_hərbi_yardım_məsələsini_müzakirə_edib
Britaniyanın baş naziri Kiyevdə Zelenski ilə Ukraynaya hərbi və maliyyə yardımının artırılmasını müzakirə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2022 06:40 Asia/Baku
  • Conson Kiyevdə hərbi yardım məsələsini müzakirə edib

Britaniyanın baş naziri Kiyevdə Zelenski ilə Ukraynaya hərbi və maliyyə yardımının artırılmasını müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Boris Conson Kiyevdə Ukrayna prezidenti ilə görüşüb, tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

Görüş zamanı həmçinin Britaniya tərəfindən yeni maliyyə və hərbi yardım paketini təqdim olunub. 

Bir gün əvvəl Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Conson bildirib ki, Britaniya Ukraynaya 100 milyon funt-sterlinq dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək. Onun sözlərinə görə, söhbət yüksək dərəcəli silahlardan, o cümlədən “Starstreak” zenit raketlərindən gedir.