Apr 12, 2022 20:14 Asia/Baku
  • Nyu-York metro stansiyasında insident baş verib

Çərşənbə axşamı günü yerli vaxtla səhər Nyu-Yorkun Bruklin bölgəsinin metro stansiyasında çoxlu adam güllələnib, ən azı 13 nəfər yaralanıb, hadisə yerinə yanğınsöndürmə və təcili yarım briqadaları cəlb edilib.

SəhərAzəri-nin məlumatına əsasən,bu barədə Nyu-York şəhərinin Yanğından Mühafizə İdarəsi məlumat yayıb. 

Məlumata görə, Nyu-Yorkun 36-cı küçə və dördüncü avenyu metro stansiyasında bir neçə nəfər güllələnib və hadisə yerində bir neçə partlamamış qurğu aşkarlanıb. Nyu York Polis Departamenti də stansiyada pik saatlarda atışma baş verdiyini təsdiqləyib.

Hadisə yerindən çəkilmiş fotolarda qanlar içində stansiyanın döşəməsində uzanmış sərnişinlər görünür. Hadisə yerində partlamamış partlayıcı qurğular da tapılıb.

Teqlər