Apr 13, 2022 14:59 Asia/Baku
  • Kabil
    Kabil

Əfqanıstan xalqı İranın Kabildəki səfirliyi önündə «Fitnəkarlara-yox; əfqanıstanlı-iranlı, birlik-birlik- biz qardaşıq!» şüarı ilə iri bir mitinq keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Mitinq bu gün səhər bəzi əfqan xalq qurum və partiyası tərəfindən və Kabil sakinlərindən bir qrupunun iştirakı ilə keçirilib.

İran və Əfqanıstan xalqlarının dostluğu əlaməti olaraq, aksiya iştirakçılarının əllərində gül şaxə və dəstələri olub.

Bəzi aksiya iştirakçıları İran-Press informasiya agentliyi ilə müsahibədə düşmənlərin İran və Əfqanıstan xalqlarına qarşı fitnəkarlıqları qarşısında sayıqlığın önəminə təkid ediblər.

İranın Əfqanıstandakı səfiri Bahadır Əminian İran-Press informasiya agentliyi ilə müsahibədə vurğulayıb: Əgər iki tərəfin müdrik şəxsləri və başçıları fitnənin miqyaslarını nəzarətə ala bilməzlərsə, bunun dağıdıcı təsiri ola bilər. Əfqanıstandakı bu fitnəkarlığa səbəb olan müxtəlif kliplərin yayılması, bu ölkə xalqından bəzilərinin zehnində təsir buraxıb, rəftarlarını formaşdırıbdır.

İran-Əfqanıstan əlaqələrinin bədxahlarından bir qrupu sosial şəbəkələrdə iki ölkə düşmənlərinin şübhəli təfriqəsalma təlqinlərinin təsiri altında bazar ertəsi günü İran İslam Respublikasının Kabildəki səfirliyi və Həratdakı konsulluğu qarşısına toplaşıb və daş atmağa başlayıbdır.

Bu şəxslər İranın Həratdakı konsulluq binasına hücumdan sonra binanın qarşısında avtomobil şinlərini yandırmaqdan əlavə, onun təhlükəsizlik kameralarını da sındırıblar.

Əfqanıstanda Taliban dövlətinin informasiya və mədəniyyət idarəsinin rəisi Nəimülhəqq Həqqani bir qrup naməlum şəxsin bazar ertəsi günü İranın Həratdakı konsulluq binasının qarşısına toplaşması və ona hücum etməsini özbaşına hərəkət adlandırıb.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian vurğulamışdı ki, Əfqanıstandakı hakim dairə İranın diplomatik mərkəzlərinə qarşı hücum haqda izahat verməlidir.

 

Teqlər