Apr 14, 2022 14:51 Asia/Baku
  • Ş.Şərif ABŞ-la əlaqələrin genişləndirilməsini istəyir

Pakistanın yeni baş naziri Şahbaz Şərif ABŞ-la əlaqələrin genişləndirilməsini istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Şahbaz Şərifin ofisi bildirib ki, bu ölkənin yeni hökuməti ortaq hədəfləri himayə istiqamətində Amerika ilə konstruktiv və pozitiv formada anlaşacaq.

Ofis əlavə edib: Pakistanın yeni hökuməti Amerikanın bu ölkə ilə uzun keçmişə malik olan əlaqələrinin önəminə yenidən təkid etməsini alqışlayır.

İmran Xanın Rusiya və Ukrayna qarşısındakı mövqeyi Amerikanın xoşuna gəlmirdi. Amerikalılar İmran Xanı kənarlaşdırmaqla hədələmişdilər və o, inanır ki, Amerika Pakistan hökumətinə qarşı çıxan partiyaların köməyilə öz təhdidini reallaşdırıb.

Aprelin onu, səhər saatlarında Pakistan parlamentində keçirilən səsvermədə İmran Xan etimad səsi qazana bilmədi və rəsmən baş nazir vəzifəsindən kənarlaşdırıldı.

Teqlər