Apr 14, 2022 16:48 Asia/Baku

Rusiya XİN rəhbəri bildirib ki, ABŞ və Avropa İttifaqı radikal millətçi Kiyev hökumətinə tam dəstək verməklə vəziyyəti mürəkkəbləşdirir.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov "Rəqəmsal beynəlxalq münasibətlər 2022" elmi-praktik konfransında deyib: "Vaşinqton və Brüssel tərəfindən Ukrayna hakimiyyətinə qeyd-şərtsiz dəstək Qərbin rusofob kursunun kulminasiya nöqtəsi olub və Ukraynada ultra-radikalların yetişdirilməsi orada "anti-Rusiya" mövqeyinin yaradılması ilə nəticələnir. 

Lavrov qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin "Twitter"dəki paylaşımlarına qarşı sanksiyalar da əsassızdır.

"Rusiya Xarici İşlər Nazirliyi informasiya təhlükəsizliyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcək. Siz yalnız yerli onlayn platformalara etibar edə bilərsiniz", - deyə Sergey Lavrov bildirib

Teqlər