Apr 17, 2022 12:43 Asia/Baku
  • Pxenyan yeni raket sınağı keçirib

Şimali Koreyanın mərkəzi informasiya agentliyi bu gün səhər saatlarında bildirib ki, bu ölkə Şimali Koreyanın rəhbəri Kim Çen Inın nəzarəti altında qısa mənzilli bir ballistik raket sistemini sınaqdan keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Şimali Koreya Qərbin sanksiyaları və təzyiqlərinə rəğmən, öz müdafiə qüdrətini artırmaq məqsədilə raket sınaqlarını davam etdirir.

Şimali Koreyanın mərkəzi informasiya agentliyi öz məlumatında raket sınağının zamanına işarə etmədən qeyd edibdir ki, yeni istiqamətləndirici taktiki silah, taktiki nüvə silahlarının təsir gücünün artırılması, həmçinin ön xəttdə uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünün diqqətəlayiq tərzdə yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Məlumata görə, Şimali Koreya rəhbəri bu raket sınağının həyata keçirilməsi gedişində ölkənin atom döyüş qüvvələrinin gücləndirilməsi barədə təlimatlar verib.

Cənubi Koreya ordusu da bildiribdir ki, bu ölkənin şimal qonşusu, Yapon dənizinə tərəf iki ballistik raket atıbdır.

Bu, cari 2022-ci ilin ilk dörd ayı ərzində Şimali Koreyanın həyata keçirdiyi on üçüncü raket sınağıdır.

 

Teqlər