Apr 19, 2022 20:09 Asia/Baku
  • Qurani-Kərimə hörmətsizlik bir daha pislənib

İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Beynəlxalq Assambleya İsveçdə müqəddəs Qurani-Kərimə hörmətsizliyi pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Beynəlxalq Assambleya bu gün bir bəyanatda bildirib: Rasist və ekstremist ünsürlər tərəfindən Qurani-Kərimin yandırılması üzrə təəssüfləndirici hadisə dünyada iki milyarda yaxın müsəlmanın emosiyasının pozulmasına, həmçinin din və mənəviyyat davamçılarının qəlblərinə xələlin gəlməsinə və dərin narahatlığa səbəb oldu.

Bəyanatda deyilir: Amillərinin cahilliyi, təəssübü və müstəbidliyindən qaynaqlanan və fitnəkar güclərin himayəsi və istiqamətləndirmələri ilə həyata keçirilən bu kimi dinə zidd hərəkətlər, dünya ictimaiyyətində ifratçılıq və bədbinlik üçün bir zəminin, həmçinin İbrahim dinlərinin davamçıları arasında ayrılığın yaradılması məqsədilə öncədən cızılmış planlardır.

Bəyanatın davamında deyilir: Hərçənd bu cür hörmətsiz hərəkətlər dinlərin tarixləri qədər bir keçmişə malikdirlər, amma aydındır ki, hətta indiyədək dindarlar, birliyə inanlar və azad düşüncüləlilər arasında kiçicik də olsa belə, təfriqə və ayrılıq yarada bilməyib, zira dinlərə inanalar arasında dinc yanaşı yaşamanın və qardaşlığın əsası, mərhəmətli Allah-Taalanın kəlamlarından və vəhydən mənşə alan təlimlərdir.

 

Teqlər