BAT: "İsrailin Fələstinə qarşı hərəkətləri insanlığa qarşı cinayətdir”
Beynəlxalq Amnistiya Təşkilatı İsrail rejimini “aparteid” rejimi kimi xarakterizə edərək, bildirib ki, fələstinlilərin öldürülməsi və işgəncələrə məruz qalması və İsrail tərəfindən onların hüquqlarından məhrum edilməsini “insanlığa qarşı cinayət”dir
SəhərAzəri-nin məlumatına əsasən, "Rusiya Əl-Youm"un məlumatına görə, bu təşkilat bir tvitdə yazıb: "Aparteid təkcə keçmişin və tarixin bir hissəsi deyil, milyonlarla fələstinlinin hər gün işğal olunmuş Fələstin torpaqlarında yaşadığı və bu günə qədər də davam edən reallıqdır".
Təşkilat, qeyri-qanuni qətllər, əsassız həbslər, işgəncələr və kollektiv cəzalandırmalarla bağlı bütün məlumatları izlədiyini bildirib.
Beynəlxalq Amnistiya Təşkilatı vurğulayır ki, aparteid rejimi bir qrupun həyatını digər qrupun həyatından daha vacib hesab edir və İsrail rejimi fələstinliləri öldürmək, işgəncə etmək və onların əsas hüquqlarını inkar etməklə aparteid rejimi olduğunu sübut edir. Bu, insanlığa qarşı cinayətdir və buna son qoyulmalıdır.