Apr 22, 2022 12:19 Asia/Baku
  • Ukrayna NATO-Rusiya müharibəsində nəqədər itki verib?

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın itkilərini 550 milyard dollar qiymətləndirib.

Ukrayna prezidenti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masasında iştirak edərkən deyib: "İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib.”

 Volodimir Zelenskinin sözlərinə görə, Ukraynada iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac var.

Ukraynanın baş naziri Denis Şmıqal öz növbəsində bildirib ki, bu il dövlətin ÜDM-i 30-50% azala bilər. O əlavə edib ki, xüsusi əməliyyat nəticəsində itkilər, ilkin təhlilə görə, 560 milyard dolları ötür.

Xatırladaq ki, dünən Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində müharibənin davam etməsində NATO-nu ittihamlandırdı: “Bu müharibənin davam etməsini istəyənlər var. NATO ölkələrindən müharibənin davam etməsini istəyənlər var. Müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər. Olan isə Ukraynaya olur”, - Türkiyə XİN başçısı əlavə edib.

 

Teqlər