“Moskva” kreyserində partlayış barədə yeni məlumat
https://azeri.sahartv.ir/news/dünya-i388326-moskva_kreyserində_partlayış_barədə_yeni_məlumat
Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində baş verən partlayışda ölən və itkin düşənlər barədə məlumat yayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 23, 2022 07:26 Asia/Baku
  •  “Moskva” kreyserində partlayış barədə yeni məlumat

Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində baş verən partlayışda ölən və itkin düşənlər barədə məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya müdafiə nazirliyi bildirib ki,“Moskva” kreyserində yanğın zamanı 1 hərbçi həlak olub, 27 ekipaj üzvü itkin düşüb.

Məlumatda bildirilir ki, aprelin 13-də baş verən yanğın zamanı döyüş sursatı detonasiyaya uğrayıb və gəmi ciddi şəkildə zədələnib. Yanğının söndürülməsi cəhdləri səmərəsiz olub. Gəminin saxlanması üçün aparılan mübarizədə 1 hərbi qulluqçu həlak olub, 27 ekipaj üzvü itkin düşüb. Qalan 396 nəfər Qara Dəniz donanmasının digər hərbi gəmiləri ilə təxliyə olunub.