Apr 23, 2022 12:36 Asia/Baku
  • Əfqanıstanda Nazirlik qarşısındakı partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb

İŞİD terror qruplaşması Kabildə Əfqanıstan Ticarət Nazirliyinin qarşısında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

SəhərAzəri-nin Əfqanıstanın "Şəfəqna" xəbər agentliyinə istinadən məlumatına görə, dünən (cümə) axşam saatlarında Kabildə Ticarət Nazirliyinin binası qarşısında bomba partladılıb, nəticədə bir mülki şəxs həlak olub, digəri isə yaralanıb.

Partlayışa görə, məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Cümə günü, həmçinin Əfqanıstanın şimalındakı Kunduz əyalətinin "İmam Sahib" rayonunda yerləşən məsciddə partlayış baş verib.

Əfqanıstandakı Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, partlayış nəticəsində 33 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.

Amma bəzi əfqan mənbələri ölənlərin sayının 60 olduğunu bildirir.

Teqlər