Apr 24, 2022 08:40 Asia/Baku
  • Zaxarova: Qərb Rusiyanın maraqlarına məhəl qoymur

Rusiya hökuməti Rusiyanın maraqlarına məhəl qoymadıqlarına xatir Qərb dövlətlərini ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu haqda deyib: "Rusiya ilə ABŞ və Avropa arasında mövcud mübahisələr uzun müddət ölkəmizin təhlükəsizlik maraqlarına etinasız yanaşma nəticəsində yaranıb."

Onun sözlərinə görə, Qərblilər silaha nəzarət mexanizmlərini tədricən məhv etdilər. Bu, beynəlxalq gərginliyin nə üçün qəbuledilməz həddə çatmasının bariz nümunəsidir.

Rusiya rəsmisinin bu xəbərdarlığına rəğmən, Britaniya Ukraynanı ağır silahlarla təmin edəcəyi barədə öhdəlik götürüb. 

Məlumata əsasən, prezident Vladimir Zelenski və Britaniya baş naziri Boris Conson Ukraynaya yeni hərbi yardımı müzakirə ediblər. Bu, bizə ağır silahların verilməsini əhatə edəcək.

Bu arada Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov iddia edib ki, Rusiya Hava-Kosmik Qüvvələrinin havadan uzaqmənzilli yüksək dəqiqlikli raketləri ilə ABŞ və Avropa ölkələrindən alınan xeyli sayda xarici silahın saxlanıldığı Odessa yaxınlığında hərbi hava limanındakı logistika terminalı sıradan çıxarılıb.

Teqlər