Apr 26, 2022 09:52 Asia/Baku
  • Lavrov: “Nüvə müharibəsi təhlükəsi ciddi və realdır”

Rusiyanın XİN başçısı Üçüncü Dünya Müharibəsinin mümkümlüyünü dilə gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov bu barədə deyib: "Nüvə müharibəsi riskləri indi çox ciddidir. Bu təhlükəni qiymətləndirməmək olmaz. Lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar da çoxdur."

Rusiya Televiziyasının “Birinci Kanal”ının efirində xatırladıb ki, yanvarda “nüvə beşliyi” ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər.

“Bu, bizim prinsipial mövqeyimizdir. Biz ona əsaslanaraq çıxış edirik. Mən indi, sizin hörmətli politoloqlara istinad edərək dediyiniz kimi, risklərin həqiqətən çox, çox əhəmiyyətli olduğu bir zamanda, həmin bu risklərin süni şəkildə şişirdilməsini heç istəməzdim. Halbuki, bunu istəyənlərin sayı çoxdur. Buna baxmayaraq, təhlükə ciddidir, realdır və onu qiymətləndirməmək olmaz”, - deyə nazir bəyan edib.

Teqlər