Britaniya Avropada ən böyük hərbi qüvvələr yerləşdirir
Britaniya hərbi təlimlərdə iştirak etmək üçün Şərqi Avropaya 8000 hərbçi göndərir.
SəhərAzəri-nin “Guardian”a istinadən xəbərinə görə, bu, Böyük Britaniyanın soyuq müharibədən sonra Avropada ən böyük hərbi qüvvələr yerləşdirməsidir.
Rusiya ilə Ukrayna arasındakı münaqişə ilə əlaqədar bu yay keçirilməsi planlaşdırılan təlimlərin miqyası genişləndirilib. Qeyd olunub ki, təlimlər çərçivəsində Finlandiyadan Şimali Makedoniyayadək onlarla Britaniya tankları yerləşdiriləcək. Qeyd olunub ki, Britaniya hərbçilərinə NATO, eləcə də Finlandiya və İsveçin də daxil olduğu Birgə Ekspedisiya Qüvvələri alyansının hərbçiləri qoşulacaq. Nəticədə təlimlərdə iştirak edəcək hərbçilərin sayının on minlərlə olacağı vurğulanıb.
Britaniya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, təlimlər Rusiyanın fevralda Ukraynaya qarşı hücumuna cavab olaraq inkişaf etdirilib.