Donbasda böyük müharibə gözlənilir
Pentaqon: Rusiya tələsir, ordunu bu istiqamətə göndərir
Apr 30, 2022 12:26 Asia/Baku
Pentaqon iddia edir ki, Rusiya qüvvələri Donbasdakı hücum planından geridə qalır və on minlərlə Ukrayna əsgərini mühasirəyə almaq məqsədindən uzaqdır.
SəhərAzəri xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Pentaqon rəsmisi bildirib ki, hazırda Rusiyanın Ukraynanın şərqində və cənubunda döyüşən 92 alay qrupu var. Bu, bir həftə əvvəlki 85-dən çoxdur, lakin hələ də müharibənin birinci mərhələsində istifadə etdiyi 125-dən azdır. Hər bir alayda 700-1000 arası əsgər var.
Onun sözlərinə görə, Rusiya hərbçiləri tələsir və bunu xüsusən Mariupolda döyüşən onlarla alayın bir neçəsinin Donbasın şimal-şərqində gedən daha böyük hərbi əməliyyatlara cəlb edilməsi təsdiqləyir.