May 02, 2022 13:00 Asia/Baku
  • Çikaqoda silahlı insident: Həftə sonu atışmalarda 8 nəfər ölüb, 16 nəfər yaralanıb

ABŞ-da atışmalar seriyasının davamında Çikaqoda həftə sonu baş verən atışmalarda azı 8 nəfər ölüb, 16 nəfər yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Yerli KİV-lərin məlumatına görə, cümə günü saat 17:45 radələrində Kilpatrik bölgəsindəki atışmada 69 yaşlı kişi iqamətgahında güllələnərək öldürülüb. Həmçinin Brighton Park, Cənubi İndiana, Şimali Kedzi prospekti, Humboldt Parkı və sair kimi müxtəlif ərazilərdə bir neçə atışmanın baş verdiyi bildirilib. 

Silah Zorakılığı Arxivi adlı araşdırma qrupunun məlumatına görə, 2022-ci ilin əvvəlindən bu günə qədər ABŞ-da 140-dan çox kütləvi atışma baş verib.

ABŞ-da hər il atışmalarda minlərlə adam ölür və ya yaralanır.

ABŞ-da silah gəzdirmək azadlığı gündəlik olaraq, ölkə daxilində atışma ilə bağlı zorakılıqlara gətirib çıxarır ki, bunların çoxu ölümcüldür, lakin ABŞ-da silah lobbisi o qədər güclüdür ki, Konqres bu günə qədər silah daşımanı məhdudlaşdırmaq üçün tədbirlər görməkdən imtina edib. 

ABŞ-ın dünya əhalisinin beş faizini təşkil etməsinə baxmayaraq, odlu silahla kütləvi qətllər törədənlərin təxminən 31 faizini özündə yerləşdirib. 

Teqlər