May 02, 2022 19:15 Asia/Baku
  • Avropada ərzaq çatışmazlığı
    Avropada ərzaq çatışmazlığı

Almaniya, Fransa, Belçika və İspaniyada günəbaxan yağı qıtlığının geniş yayılmasından sonra Avropada dondurulmuş kartof, un, makaron, yumurta kimi məhsulların tədarükü azalmağa başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniya Yağlı Toxumlar Birliyinin nümayəndəsi supermarketlərdə yemək yağlarının olmaması ilə bağlı ictimai qınaqlar qarşısında qeyd edib ki, dünyanın ən böyük günəbaxan yağı ixracatçısı olan Ukrayna hazırda bazardan çıxıb və çətin ki, qısa müddətdə bazar normal vəziyyətə qayıtsın. 

Belə bir vəziyyətdə Almaniyanın "E-Bay" onlayn satış saytı bir litrlik günəbaxan yağının satış qiymətini 5,5-6,5 avroya qaldırıb.

Bu arada, Fransada 800 filialı olan U supermarketlər qrupunun rəhbəri, günəbaxan yağı ehtiyatının yaxın iki-üç ay və ya hətta bir ay ərzində tükənəcəyi barədə xəbərdarlıq edib.

Hazırda Fransa və hətta Belçikada ərzaq mağazalarında günəbaxan yağı qıtlığı var.

Teqlər