Zelenski Türkiyəni ittiham etdi
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəni Rusiya turistlərini qəbul etdiyinə görə ikiüzlülükdə ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən,Zelenski Türkiyəni rus turistləri qəbul etdiyinə görə qınayır və bildirir ki, Ankara bir tərəfdən vasitəçilik rolunu oynayır, Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən rus turistlərin gəlişinə hazırlaşır.“Dost münasibətlərə sahib olmaq istəyiriksə, bu, qəbuledilən deyil. Bu, ikilistandartdır, Türkiyə seçim etməlidir”, - deyə Zelenski bildirib.
Xüsusi diqqətçəkən məqam isə Ukrayna prezidentinin bu fikirləri Yunanıstan Mediasına müsahibəsində deməsidir. Hansı ki, Yunanıstan Avropa Birliyində Türkiyəyə qarşı mövqeləri ilə tanınır.
Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar isə Ukrayna Prezidenti Vladimir Zelenskinin Yunanıstan mətbuatına müsahibəsində Türkiyə ilə bağlı işlətdiyi ifadələrlə bağlı yazılı açıqlama verməli olub.
Səfirin bəyanatında Zelenskinin müsahibəsinin məzmununu dəyişmək səylərinə toxunulur ancaq onun Yunanıstan mediyasına verdiyi müsahibədə Türkiyə barədə dəyişdirilməmiş fikirlərinin nədən ibarət olduğu deyilmir.
“Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi dəstəyinə görə minnətdardır”- Ukrayna səfirinin bəyanatında deyilir.