May 04, 2022 12:20 Asia/Baku
  • Sionistlər Ukraynada bir başa müharibədə iştirak edir

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, sionist rejimin muzdluları Ukraynada "Azov" alayının döyüşçüləri ilə birlikdə vuruşur.

SəhərAzəri-nin məlumatına əsasən, Zaxarova “Sputnik “ radiosunun efirində belə deyib:

 “Yenə bir məsələni deyəcəyəm, amma İsraildə indi informasiya kampaniyasını şişirdən siyasətçilər çətin ki, bunu eşitmək istəsinlər. Ola bilsin ki, onlara maraqlı olacaq. Ukraynada hazırda faktiki olaraq israilli muzdlular əslində “Azov” döyüşçüləri ilə çiyin-çiyinədir”

Rusiya XİN sözçüsü əlavə edib ki, sionist rejimdə bundan xəbərsiz ola bilməzlər.

“Mən videonu, fakturanı, materialları gördüm”, - Zaxarova vurğulayıb.

 

 

Teqlər