Seul Pxenyanın raket sınağına reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i388768-seul_pxenyanın_raket_sınağına_reaksiya_verib
Cənubi Koreya Şimali Koreya tərəfindən ballistik raket sınağının keçirilməsini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2022 14:57 Asia/Baku
  • raket
    raket

Cənubi Koreya Şimali Koreya tərəfindən ballistik raket sınağının keçirilməsini pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Şimali Koreya bu gün Yapon dənizinə tərəf bir ədəd ballistik raket atıb. Bu raket sınağı Cənubi Koreya rəsmilərini digər region ölkələrindən daha çox təşvişə salıb.

Cənubi Koreya Pxenyanın raket sınağından az sonra bir bəyanatda Şimali Koreyaya xəbərdarlıq edib və bildiribdir ki, Cənubi Koreyanın yeni hökuməti Pxenyanın hər hansı təhrikedici hərəkətinə sərt cavab verəcək.