May 05, 2022 14:40 Asia/Baku
  • Zelenski və Bayden
    Zelenski və Bayden

Braziliyanın keçmiş prezidenti bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski və onun rus həmkarı Vladimir Putin Ukrayna savaşı qarşısında eyni məsuliyyət daşıyırlar.

SəhərAzəri-nin məlumatına əsasən, 2003-cü ildən 2010-cu ilədək Braziliya prezidenti olmuş Luis İnasiu Lula da Silva Ukraynanın durumu haqda Taym jurnalına deyib: Mən görürəm ki, Zelenski söhbət edərkən ona dəstək verilir; bütün avropalı nümayəndələr onu təşviq edirlər, halbuki bu şəxs müharibədə Putin qədər məsuliyyət daşıyır.

Da Silva həmçinin Baydeni bu şəraitin yaranmasında müqəssir adlandırıb.

Ehtimal üzrə yenidən hakimiyyətə qayıdacaq Braziliyanın keçmiş prezidenti bu haqda belə deyib: Co Bayden öz siyasi nüfuzundan istifadə etməli və Putinlə birbaşa şəkildə danışmalı idi. Bayden təhrik etməklə savaş yolunu asanlaşdırmaq yerinə, bu müharibənin baş verməsinin qarşısını ala bilərdi.

Lula da Silva həmçinin dünya ölkələrinin Rusiyaya qarşı geniş sanksiya siyasətlərini faydasız adlandırıb və belə əlavə edib: Bu cür sanksiyalar yalnız vəziyyəti daha da pisləşdirir. Bu gün dünyada insanlar bu müharibəyə görə öz qəbzləri üçün daha çox məbləğ ödməlidirlər. Nəticədə siz müxtəlif ölkələri bu sanksiyalarla cəzalandırırsız, siz bəşəriyyəti cəzalandırırsız.

 

Teqlər