May 06, 2022 10:14 Asia/Baku
  • Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir

Ukrayna müharibə həlledici mərhələyə keçib. Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir.

Müdafiə Nazirliyinin ölkədəki döyüşlərlə bağlı yaydığı operativ məlumatda qeyd olunur ki, Rusiya ordusu şərq əməliyyat zonasında hücumu dayandırmır. Bu, onlara Donetsk və Luqansk vilayətlərində tam nəzarəti bərqərar etmək və Krımla quru dəhlizini saxlamaq üçün lazımdır.

Rəsmi informasiyaya əsasən, şimal istiqamətində isə ciddi hücumlar müşahidə edilməyib. Bölmələr yenidən qruplaşdırılır, onların döyüş qabiliyyəti bərpa olunur. Ukrayna Qoşunları mövqelərini və irəliləmə istiqamətlərini müəyyənləşdirmək üçün Rusiya Silahlı Qüvvələri hava kəşfiyyatı aparır. Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir.

Həmçinin vurğulanır ki, son sutkada Rusiya ordusunun 15 hava hədəfi vurulub: “14 PUA və 1 təyyarə məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 11 hücumunun qarşısı alınıb. Ötən gün Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub.

Digər bir məlumata əsasən, Rusiyanın “Admiral Makarov” freqatı Qara Dənizdə Ukraynanın “Neptun” raketi ilə vurulub.

Ukrayna Müdafiə Nazirliyi məlumatı təsdiqləməsə də, bu gün Rusiyanın itkiləri ilə bağlı gündəlik hesabatında vurulan gəmilərin sayının 11 olduğunu qeyd edib. İndiyə kimi bu rəqəm 10 idi.

Teqlər