May 07, 2022 15:25 Asia/Baku
  • Neftin qiyməti 113 dollara çatıb

Dünya bazarında neftin qiyməti 2 dollar 36 sent artaraq, 113,26 dollara yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, neftin qiymətləri Avropa Birliyinin Rusiya neftinə qarşı gözlənilən sanksiyaları səbəbindən tədarüklə bağlı narahatlıqlara görə və qlobal iqtisadi artımı nəzərə almadan yenidən yüksəlib.

Dünya bazarlarında brent markalı neftin hər bir barreli  2 dollar 36 sent artaraq, 113,26 dollara satılıb. ABŞ-ın xam neftinin hər bir barreli də 2 dollar 28 sent artaraq, 110,54 dollara çatıb. 

Hər iki neft indeksi ardıcıl olaraq, ikinci həftəlik artımı qeyd etməkdədir ki, bu da Avropa İttifaqının yaxın altı ay ərzində Rusiyadan neft məhsulların idxalını mərhələli şəkildə dayandırmaq təklifi ilə əlaqədardır. Qadağaya Rusiya neftinin daşınması üçün bütün göndərmə və sığorta xidmətlərinə qadağa da daxildir

Teqlər