Zelenskidən 9 May xəbərdarlığı
“Rusiya müharibə elan edə bilər”
Ukrayna Prezidenti Volodimir Zelenski xarici mətbuata müsahibəsində bəyan edib ki, 9 mayda Putin onun ölkəsinə qarşı müeharibə elan edə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Zelenski deyib: "Mayın əvvəlində Ukrayna kəşfiyyatı xəbər vermişdi ki, son üç ayda canlı qüvvə itkisinə görə Rusiya Ukraynaya müharibə elan etməyə hazırlaşır. İlkin olaraq Putin bunu 9 May Qələbə Günü edə bilər."
Onun sözlərinə görə, müharibənin açıq şəkildə elan edilməsi ümumi səfərbərlik deməkdir. Bu Ukrayna üçün heç nəyi dəyişməyəcək. Söhbət müharibə elan edilməsindən gedir. Ukrayna 8 il 70 gündən artıqdır ki, tammiqyaslı müharibə içərisindədir. Rusların axtardığı qələbə sivil dünyanın məğlubiyyəti olacaq. 9 May dünyanın yaddaşında faciə, qanlı gün və unudulmaması lazım olan bir gün kimi qala bilər",- deyə Zelenski vurğulayıb.