May 12, 2022 09:43 Asia/Baku
  • Rusiya ABŞ-a qarşı yeni iddia ilə çıxış edib

Rusiya ABŞ hərbçilərinin Ukraynada məxfi bioloji silahlar hazırlaması ilə bağlı iddiasını yenidən gündəmə gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov amerikalıların bu məxfi planına “Pfizer” və “Moderna” dərman şirkətlərinin yardım etdiyini bildirib.

Kirillovun sözlərinə görə, Demokratlar Partiyasının liderləri ABŞ-ın Ukraynadakı hərbi bioloji fəaliyyətinin ideoloqlarıdır.

O qeyd edib ki, Ukrayna Qərb ölkələrinin bioloji silah komponentləri yaratmaq və dərman preparatlarının yeni nümunələrini sınaqdan keçirmək üçün bir məkana çevrilir.

İlk dəfə yanvarın 22-də “Rossiya-24” telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Sənədli filmdə Azərbaycanda da belə laboratoriyaların mövcudluğu qeyd olunub. 

Rusiya hökuməti təkcə Ukraynada 30 bioloji laboratoriya yaradıldığını və bununla bağlı ciddi faktlar topladığını bildirir. 

Bununla belə ABŞ Qərbin post-sovet ölkələri o cümlədən Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edir.

Teqlər