May 12, 2022 10:55 Asia/Baku
  • Rusiya qoşunları Xarkovdan çıxarılıb

Ukrayna Baş Qərargahı döyüş meydanındakı son durumu açıqlayıb. Rusiya qoşunlarının Xarkovdan çıxarıldığı iddia olunur.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna tərəfi bildirir ki, Belarus Silahlı Qüvvələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Bununla yanaşı Rusiya ordusu Çerniqov vilayətinin Qorodnyanski rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq Sumı vilayətinin Şostka rayonundakı yaşayış məntəqəsinə hava zərbəsi endiriblər. Slovyansk istiqamətində isə ruslar Barvinkove və Slovyanska hücumu bərpa etmək üçün qoşunları yenidən qruplaşdırırlar. İtki verən bölmələrin bərpası və qoşun qruplaşmasının maddi-texniki təminatının təmin edilməsi məqsədilə düşmən 300-ə yaxın silah-sursat və hərbi texnikanı təyin olunmuş əraziyə daşıyıb. 

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Avdiivka istiqamətində hücumu davam etdirir: “Mariupolda əsas səylər “Azovstal” zavodunun ərazisindəki ukraynalı əsgərləri məhv etməyə yönəlib. Qarşı tərəf hava zərbələri endirməkdə davam edir.

Baş Qərargahın informasiyasına əsasən, son sutka ərzində Rusiya ordusunun 9 hücumunun qarşısı alınıb. Həmçinin qarşı tərəfin 8 tankı, 6 zirehli döyü maşını, 5 avtomobili, 1 zenit raketi, 4 PUA-sı məhv edilib.

Bu arada Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatında qeyd olunub ki, Ukrayna ordusu Xarkovun şimalında əks-hücum əməliyyatlarını davam etdirir. Onlar Rusiya sərhədinə doğru bir neçə şəhər və kəndi geri alıb.

Bildirilir ki, ilk vaxtlar Rusiya qoşunları Xarkovu mühasirəyə alsa da, ciddi itkilər veriblər: "Nəticədə itkiləri bərpa etməkdən ötrü ərazidən çıxmalı olublar.

İddiaya əsasən, Rusiya qüvvələrinin Xarkov vilayətindən çıxarılması onların Ukraynanın əsas şəhərlərini ələ keçirə bilməmələrinin göstəricisidir.

Teqlər