İlhan Ömər: İrana qarşı sanksiyalar ləğv edilməlidir
https://azeri.sahartv.ir/news/dünya-i388989-İlhan_Ömər_İrana_qarşı_sanksiyalar_ləğv_edilməlidir
Amerikalı konqresmen İranla razılaşmaya və sanksiyaların ləğvinə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2022 06:51 Asia/Baku
  • İlhan Ömər: İrana qarşı sanksiyalar ləğv edilməlidir

Amerikalı konqresmen İranla razılaşmaya və sanksiyaların ləğvinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Demokrat Partiyasının ABŞ Konqresindəki müsəlman nümayəndəsi İrana qarşı sanksiyaların ləğv edilməsini və BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin dirçəldilməsini istəyib.

İlhan Ömər tvitter hesabında İranla dərhal və təhlükəsiz razılaşmaya və sanksiyaların ləğvinə çağırıb.

“Biz Yaxın Şərqə sülh gətirmək və müharibədən qaçmaq üçün vaxt itiririk. İndi İranla razılaşmanı yekunlaşdırmağın vaxtıdır”, – deyə xanım Ömər tvitter hesabında yazıb.

İlhan Ömərin tvitinin ABŞ rəsmiləri arasında əks-sədası olub, bəziləri onu İranpərəst və anti-semit olmaqda ittiham edib.