May 15, 2022 12:35 Asia/Baku
  • Britaniya Rusiyanın tələfatı barədə mübaliğə edir

Britaniya kəşfiyyatı iddia edib ki, Rusiya Ukraynadakı quru qoşunlarının üçdə birini itirib.

SəhərAzəri-nin məlumatına əsasən, qeyd olunur ki, Rusiyanın Donbasdakı hücumu sürətini itirib və qrafikdən xeyli geri qalıb. Həmçinin son bir ayda əhəmiyyətli ərazi uğurları əldə edə bilməyib.

“Mövcud şəraitdə Rusiyanın qarşıdakı 30 gün ərzində irəliləmə tempinin sürətlənməsi mümkün deyil”, - bəyanatda deyilir.

Bu arada Ukrayna mənbələri bildirirlər ki, Rusiya qüvvələri Mariupoldakı “Azovstal” zavodunun ərazisinə fosforlu və ya yandırıcı bomba atıblar.

Mariupol şəhər merinin müavini Pyotr Andryuşenko bu barədə deyib: “Mariupol. Dünən işğalçılar ilk dəfə şəhərin müdafiəçilərinə qarşı yandırıcı ya da fosforlu bombalardan istifadə etdilər”.

Onun sözlərinə görə, ruslar da yandırıcı mərmilərdən istifadə etdiklərini etiraf ediblər.

Kiyevin digər bir iddiasına əsasən, Ukraynada döyüş əməliyyatları zamanı Rusiyanın Qara dəniz Donanmasının 810-cu əlahiddə dəniz piyadaları briqadası ciddi itkilərə məruz qalıb.

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya briqadanı Qara dəniz Donanmasının digər bölmələrinin şəxsi heyəti ilə təmin etmək qərarına gəlib. Dəniz piyadalarının sıraları gəmilərin heyətləri ilə doldurulur.

Teqlər