Avropalılara fikir ayrılığı kəskinləşir
Borrel: Rusiyaya qarşı razılığa gələ bilmədik
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı ortaq mövqedə razılığa gələ bilməyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell bu barədə deyib: "Biz işğalın qiymətini Kremlə dözülməz etmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. Müzakirələri davam etdiririk. Təəssüf ki, bu gün altıncı sanksiyalar paketini yekunlaşdırmaq üçün razılığa gəlmək mümkün olmadı".
Qeyd edək ki, bəzi Avropa dövlətləri Rusiyanın neft və qazına qarşı sanksiyaların meydana çıxara biləcəyi ağır nəticələrdən narahatdırlar, hazırda Macarıstan Rusiyaya qarşı sanksiyaların əleyhinə olan lider ölkədir. Bir sıra Avropa rəsmiləri Macarıstanı Rusiyapərəst mövqe tutmaqda ittiham edirlər.