Mariupoldan xəbər var
Ukrayna ordusu son istehkamını da itirdi
Rusiya qüvvələri Mariupola nəzarəti tam ələ keçirdi. “Azovstal”dan yaralı ukraynalı hərbçilərin təxliyəsinə başlanılıb
SəhərAzəri-nin məlumatına əsasən, Mariupoldakı “Azovstal” zavodunda olan yaralı ukraynalı hərbçilərin təxliyəsinə başlanılıb.
Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, mayın 16-da Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisindəki ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub”, - deyə nazirliyin məlumatında bildirilir.
Rusiya MN qeyd edir ki, zərərçəkənlər Novoazovsk xəstəxanasına yerləşdirilib.
Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına görə isə, Rusiya qoşunlarının Ukrayna paytaxtına doğru hərəkət istiqamətində, təqribən, 3500 binanın dağıldığı və ya zədələndiyi təxmin edilir. Ziyanın 80 faizi yaşayış binalarına dəyib.
“Bu zərərin miqyası Rusiyanın yaşayış məntəqələrinə qarşı artilleriyadan istifadə etməyə hazır olduğunu göstərir. Rusiya yaxın həftələrdə Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq. Odur ki, Rusiya qoşunları kütləvi artilleriya zərbələrini davam etdirəcək”, - deyə məlumatda bildirilib.
Bu arada Pentaqonun yüksək rütbəlilərindən biri iddia edib ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi öz batalyon taktiki qruplarının 80%-ni Ukrayna xalqına qarşı qanlı müharibəyə cəlb edib.
Pentaqon rəsmisi deyib ki, Putinin başlatdığı müharibəni davam etdirmək üçün çox az hərbi resursu qalıb.