May 18, 2022 11:36 Asia/Baku
  • Bayden Nyu-York atışmasını terror aktı adlandırıb

Nyu-York ştatının Buffalo şəhərindəki atışmanın qurbanlarının anım mərasimində iştirak etmək üçün bu şəhərə səfər etmiş ABŞ prezidenti Co Bayden həmin atışmanı bir daxili terror hücumu adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Yerli vaxtla, şənbə günü Buffalo şəhərindəki «Cefferson küçəsi, min iki yüz»də yerləşən «Tops Frendli Market» adlı ərzaq malları satışı mərkəzində baş vermiş ölümcül atışmada on nəfər ölüb, üç nəfər də yaralanıbdır.

«Burada baş verənlər daxili terrorizmdir» deyən ABŞ prezidenti, ağların üstünlüyü ilə bağlı fikirlərin Ağ Ev-in siyasətinin varlığında cərəyan edən bir zəhər adlandırıb.

Amerikada rənglidərililərə, xüsusən qaradərililərə qarşı kobudluq onilliklər boyu davam edib və bu ölkənin yüksək vəzifəli rəsmilərindən heç biri, o sıradan Amerikanın hazırkı və keçmiş prezidentləri heç vaxt bu gedişata son qoymaq üçün hər hansı bir təsirli addım atmayıblar.

 

Teqlər