Şoyqu Putinə məruzə etdi
Mariupol bütövlükdə Rusiya ordusunun nəzarətindədir
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə başçısına "Azovstal"da əməliyyatın başa çatması və Mariupolun tam ələ keçirilməsi barədə məruzə edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, aprelin 21-dən nasist "Azov" dəstəsinin bir qrup ukraynalı yaraqlısının blokadaya alındığı zavodun ərazisi tam ələ keçirilib. Mayın 20-də fabrikdə olan 500-dən çox yaraqlı təslim olub.
Konaşenkov bildirib: "Mariupol sakinlərinin nifrətinə və şəhər əhalisinin onu çoxsaylı vəhşiliklərə görə cəzalandırmaq istəyinə görə nasist "Azov" dəstəsinin komandiri ərazidən xüsusi zirehli avtomobil vasitəsilə aparılıb".
Nazirlik rəsmisi qeyd edib ki, yaraqlıların gizləndiyi müəssisənin yeraltı qurğuları tamamilə Rusiyanın nəzarətinə keçib.