Yunanıstan Türkiyənin hava məkanını pozduğu ilə bağlı Ankaranın iddiasını rədd edir
Yunanıstan Xarici İşlər Nazirliyi bir bəyanatda Türkiyə Xarici İşlər Nazirliyinin bir neçə gün əvvəl Yunanıstana məxsus qırıcı təyyarələrin Türkiyənin hava məkanını pozması ilə bağlı iddialarını əsassız və yanlış adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Yunanıstan Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, bu ittihamlar, Türkiyənin yanlış məlumat yaymaq və qeyri-qanuni və təxribat xarakterli hərəkətlərinə görə məsuliyyəti rədd etmək növbəti cəhdidir".
Bəyanatın digər bir hissəsində deyilir: "Ən azı paradoksaldır ki, bu yaxınlarda bir gündə Yunanıstan ərazisi üzərində 42 hərbi uçuş həyata keçirən və BMT Nizamnaməsinin əsas prinsiplərini pozaraq, Yunanıstanı müharibə ilə hədələyən bir ölkən Yunanıstanı təxribat xarakterli fəaliyyətlərdə ittiham edir".
"Türkiyə öz hərəkətləri ilə regional təhlükəsizlik və sabitliyi, o cümlədən həlledici məqamda NATO-nun birliyini bir daha pozur", - deyə bəyanatda bildirilir.