May 25, 2022 10:45 Asia/Baku
  • Pxenyan üç ballistik raketi sınaqdan keçirib

Şimali Koreya ordusu bu gün səhər tezdən elan edibdir ki, bir saatdan da az bir zamanda üç ballistik raketi sınaqdan keçirib.

SəhərAzəri-nin məlumatına əsasən,bu raketlər Şimali Koreyanın paytaxtı Pxenyanın Sunan bölgəsindən atılıb.

Digər tərəfdən, Yaponiya da bildiribdir ki, Şimali Koreya iki ballistik raket buraxıb, amma vurğulayıbdır ki, bu miqdar daha çox ola bilər.

Belə bir halda, Cənubi Koreya ordusunun baş qərargah rəisi bundan öncə demişdi ki, Şimali Koreya yerli vaxtla çərşənbə günü öz şərq sahillərində bir ədəd naməlum ballistik raketi sınaqdan keçirib.

Bu raketin sınağı ABŞ prezidenti Co Baydenin Cənubi Koreyaya səfərindən və bölgədə amerikan silahların yerləşdirilməsi və birgə hərbi təlimlərin keçirilməsinin sürətləndirilməsi barədə iki ölkənin razılaşmasından bir neçə gün sonra həyata keçirilir.

Milad ilinin əvvəlindən bəri Şimali Koreya azı on altı raketi sınaqdan keçirib.

Teqlər