May 26, 2022 13:04 Asia/Baku
  • Donbasda 8 min Ukrayna əsgəri təslim oldu

Donbasda 8 min Ukrayna əsgərinin Rusiya qüvvələrinə təslim olduğu xəbər verilir.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna separatçılarının Rusiyadakı “səfiri” Rodion Miroşnik deyib ki, Donetsk və Luqansk “xalq respublikalarında” təqribən 8000 Ukrayna əsgəri təslim olub.

O bildirib ki, həm əsirlərin, həm də ölənlərin sayı artacaq.

Qeyd edək ki, mayın 20-də Rusiya Müdafiə Nazirliyi "Azovstal" metallurgiya zavodunun ərazisinin tam azad edildiyini elan edib. Azov alayının 2439 ukraynalı əsgəri silahı yerə qoyaraq təslim olub. Onlara qarşı Rusiyada cinayət işi başlanıb.

Teqlər