May 27, 2022 15:17 Asia/Baku

Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar yerləşir. Moskva bu problemi qonşuları ilə müzakirə edir.

SəhərAzəri-nin məlumatına əsasən, Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabik” telekanalına müsahibəsində deyib.

Lavrov əlavə edib: Biz bioloji təhlükəsizlik sahəsində həmkarlıq barədə memorandumlar imzalamışıq, ya da ki, memorandumlar işləyib hazırlamaqdayıq. Bu anlaşma sənədlərində ölkələrin hər birində bioloji proqramların necə inkişaf etdirildiyi müəyyən edilir.

Lavrov sonra xəbərdralıq edibdir ki, Rusiya ərazisinə hücum etmək qabiliyyətinə malik olan silahların Ukraynaya göndərilməsi gərginliyin şiddətləndirilməsinə doğru atılan ciddi bir addım olacaq.

Söhbətinin digər bir hissəsində Qərbin siyasətlərinə toxunan Rusiyanın xarici işlər naziri deyib: Beş yüz ildən çoxdur ki, Qərb öz fikrini yeridib, öz müstəmləkələri və qanunlarını yaradıbdır.

Lavrov əlavə edib: Əgər Afrika ölkələrində cızılmış sərhədlərə diqqət yetirsək, görərik ki, Qərb xətkeş və karandaşdan istifadə etməklə sərhədləri cızıb. Qərb bu vəziyyəti davam etdirmək istəyir, amma uğursuz qalacaq.

Bundan qabaq Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu ölkənin federasiya şurası komissiyasının yığıncağında bildirmişdi ki, Ukraynadakı bioloji laboratoriyalar Vaşinqtonun dünya səviyyəli geniş proqramının bir hissəsidir.

Rusiya bildirib ki, Amerikanın Ukrayanadakı hərbi bioloji fəaliyyətləri barədə BMT-nin Təhlükəsizlik Şurasına yeni faktlar təqdim edib.

Sergey Lavrov Ukraynaya ölkəsini vura biləcək silahlar verməmək barədə də xəbərdarlıq edib. "Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru bir addım olacaq, ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər", - Sergey Lavrov deyib. Nazir vurğulayıb ki, Zelenski açıq şəkildə bu cür silahları tələb edir.

Teqlər