May 28, 2022 09:31 Asia/Baku

Rusiya prezidenti qeyri-dost ölkələrin təzyiqini “praktiki olaraq təcavüz” adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin mayın 27-də etdiyi çıxışında deyib: "İnteqrasiya kursunun üstünlükləri indiki çətin beynəlxalq şəraitdə, bəzi qeyri-dost dövlətlərin praktiki olaraq təcavüzü qarşısında özünü büruzə verir".

Rusiya liderinin sözlərinə görə, Qərb ölkələrinin qarşıdurmasına baxmayaraq, Avrasiya İqtisadi İttifaqına maraq hələ də artmaqdadır.

Putin bu haqda qeyd edib: "Sevindirici haldır ki, çətin beynəlxalq vəziyyətə baxmayaraq, kollektiv Qərbin yaratdığı qarşıdurmaya baxmayaraq, bir çox xarici tərəfdaşlar tərəfindən Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə maraq hələ də artmaqdadır".

Teqlər