May 29, 2022 11:28 Asia/Baku
  • Daha bir Ukrayna şəhəri işğal olundu

Rusiya ordusu Donbasda irəliləyir, Daha bir Ukrayna şəhəri işğal olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Luqansk vilayətinin Severdonetsk şəhəri Rusiya ordusu tərəfindən tamamilə işğal edilib.

Ukrayna isə müharibənin 95-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında yayılmış məlumatda deyilir: Rusiya indiyə qədər 30 150 hərbçi, 1338 ədəd tank, 3270 ədəd zirehli döyüş maşını, 631 ədəd artilleriya sistemi, 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarə və174 ədəd helikopter itirib.

Məlumatda qeyd olunur ki, Ukraynada Mariupol uğrunda küçə döyüşlərində Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb.

Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv də deyib ki Ukrayna hərbçiləri üç ay ərzində Rusiyanın müasir tanklarının təxminən üçdə birini məhv ediblər.

Onun sözlərinə görə, Ukraynaya qarşı müharibədən əvvəl Rusiyanın 3 000-ə yaxın müasir tankı var idi və onların 30%-dən çoxu müharibənin üç ayı ərzində Ukrayna tərəfindən məhv edilib. 

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiyanın güc strukturunda heç kim Prezident Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq fikrində deyil.

“Düşünürəm ki, bütün bu komanda uzun illərdir işləyir və onlar bir-birinə bağlıdırlar. Onları çox şeylər, çox addımlar, çox cinayətlər birləşdirir. Mən hazırda Putinin rejim dəyişikliyindən əmin deyiləm. Məncə, hamısı ondan qorxur”, - deyə Zelenski qeyd edib. 

Teqlər