İyun 01, 2022 11:56 Asia/Baku
  • Aliməqam Rəhbərin mesajı Roma Papası Fransiskə çatdırılıb

İranın Dini Elmlər Hövzələrinin müdiri Vatikanda dünya katoliklərinin lideri Papa Fransisk ilə görüşdə İran İslam İnqilabının Aliməqam Rəhbərinin şifahi mesajını ona çatdırıb.

SəhərAzəri- "İRNA"nın məlumatına görə, Ayətullah Əlirza Ərafi bu görüşdə deyib: "İslam İnqilabının Müəzzəm Rəhbəri mənim Vatikana səfərimdən xəbər tutduqdan sonra sizi salamladılar və keçmişinizi və Latın Amerikası ilə əlaqələrinizi yüksək qiymətləndirdilər. O Həzrət, həmçinin İslam və Xristianlıq arasındakı əlaqələri gücləndirmək və dünya məzlumlarını müdafiə etməklə bağlı tutduğunuz bəzi mövqeləri tərifləyərək, sizdən dünyanın məzlumlarının, xüsusilə Fələstin və Yəmənin müdafiəsi istiqamətində aydın və şəffaf mövqe sərgiləməyinizi gözlədiklərini qeyd etdilər".

Ayətullah Ərafi əlavə edib: "Aliməqam Rəhbər fələstinlilərin müdafiəsi üçün əməli addımların atılmasını gözləyirlər və bunun həlli xalqın səslərinə və bütün fələstinlilər, o cümlədən Fələstinin hakim sistemindəki bütün dinlərin ardıcılları arasında keçirilən seçkilərə əsaslanmalıdır".

Roma Papası Fransisk də bu görüşdə deyib: "İslam İnqilabının Aliməqam Rəhbərinə və İranın digər din xadimlərinə və şəxsiyyətlərinə mənim salamlarımı çatdırın. Biz də İnqilab Rəhbərinin dedikləri bütün məsələləri qəbul edirik''.

Argentina əsilli Papa Fransisk bir müddət Argentinanın paytaxtı Buenos Ayresin arxiyepiskopu vəzifəsində çalışıb.

İranın Dini Elmlər Hövzələrinin müdiri Ayətullah Əlirza Ərafi elmi mərkəzlərin və din xadimlərinin dəvəti ilə İtaliya və Vatikana səfər edib. 

Teqlər