Birləşmiş Ştatlar İrana qarşı qətnamə qəbulu qərarını təsdiqləyib
ABŞ Dövlət Departamenti cümə axşamı üç Avropa ölkəsinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasında İrana qarşı qətnamə qəbul etmək niyyətində olduğunu təsdiqləyib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib ki, Vaşinqton, İngiltərə, Fransa və Almaniya ilə İranın MAQATE ilə tam əməkdaşlıq etməsi zərurətinə yönəlmiş qətnamənin təsdiq edilməsində iştirak etməyi planlaşdırır".
Qərar üzrə gələn həftənin bazar ertəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının iclası keçiriləcək. Röyters xəbər agentliyi iyunun birində bildirib ki, bu iclasda ABŞ, Fransa, Britaniya və Almaniya bir qətnamə qəbul edərək, İranı guya BMT-nin Nüvə Nəzarəti Təşkilatı ilə əməkdaşlıq etmədiyinə görə, qınayacaqlar.
Bu xəbərlər İranın Vyanada yerləşən Beynəlxalq Təşkilatlardakı daimi nümayəndəsi Məhəmməd Rza Qaebinin reaksiyasına səbəb olub. O, bu haqda deyib: "İran İslam Respublikası bu cür saxta ittihamların ortaya atılmasının sionistlərin və digər düşmənlərin İrana qarşı cəhdlərinin bir hissəsi olduğu qənaətində olsa da, bu məsələnin həlli üçün MAQATE ilə əsaslandırılmış və texniki əməkdaşlığa hazır olduğunu bəyan edib. Xoş niyyətini nümayiş etdirmək və iddiaları rədd etmək üçün son iki ayda MAQATE-nin müvafiq rəsmiləri ilə üç dəfə ətraflı texniki görüş keçirib və iddia edilən üç saytla bağlı Agentliyə lazımi izahatlar və texniki sənədlər təqdim edib".
Ned Prays Təl-Əvivin ABŞ-a nüvə anlaşmasının əvəzinə İranın nüvə proqramına daimi məhdudiyyətlər tətbiq edən razılaşmanın ardınca olmağı təklif etdiyi barədə sionist qəzetin xəbərinə cavab olaraq, deyib: "Biz hələ də inanırıq ki, nüvə anlaşmasına ikitərəfli qayıdış İranın nüvə proqramını cilovlamaq üçün ən yaxşı yoldur".