Zelenski: 12 milyon ukraynalı didərgin düşüb
https://azeri.sahartv.ir/news/dünya-i389754-zelenski_12_milyon_ukraynalı_didərgin_düşüb
Ukrayna prezidenti bildirib ki, müharibə nəticəsində 12 milyon insan öz evini tərk edib, 5 milyon insan isə xaricə qaçıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2022 11:43 Asia/Baku
  • Zelenski: 12 milyon ukraynalı didərgin düşüb

Ukrayna prezidenti bildirib ki, müharibə nəticəsində 12 milyon insan öz evini tərk edib, 5 milyon insan isə xaricə qaçıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı etdiyi çıxışında bildirib ki, Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.

"Bu gün ərazimizin 20 faizə yaxını Rusiyanın nəzarətindədir, bu da Belçika, Hollandiya və Lüksemburqun ölçüsündən birləşdiyi ərazidən daha çoxdur", - deyə Zelenski əlavə edib. 

Ukrayna lideri eyni zamanda qeyd edib ki, 12 milyon ukraynalı məcburi köçkünə çevrilib və 5 milyondan çoxu, əsasən də qadın və uşaqlar ölkəni tərk edib.