İyun 06, 2022 12:02 Asia/Baku
  • Qazaxıstanda referendumun nəticələri artıq məlum olub

Qazaxıstanda Konstitusiyaya dəyşiklikliyi seçicilərin 77,18 faizi dəstəkləyib. Bu barədə Referendum üzrə Mərkəzi Komissiyanın sədri Nurlan Abdirov brifinqdə ilkin nəticələrlə bağlı bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Nurlan Abdirovun sözlərinə görə, 6 mln. 863 min seçici, yaxud səs verənlərin 77,18 faizi dəyişikliklərin lehinə, 18,66 faizi isə əleyhinə səs verib.

Komissiya sədri bildirib ki, referendumda seçicilərin 68,06 faizi iştirak edib. Dəyişikliyə uyğun olaraq dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin, hakimiyyətin yerli nümayəndələrinin rolu əhəmiyyətli dərəcədə artırılır, insan hüquqları sahəsində sistem gücləndirilir, Konstitusiya məhkəməsi yaradılır, ölüm hökmü, keçmiş Prezident Nursultan Nazarbayevin ölkənin birinci rəhbəri statusu ilə bağlı bölmə ləğv edilir.

Teqlər