ABŞ-Avropa üçlüyü qətnaməsi AEBA DŞ tərəfindən qəbul edilib
ABŞ-ın və Avropa üçlüyünün İran əleyhinə qətnamə layihəsi Çin və Rusiyanın ciddi müxalifətlərinə rəğmən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının mövsümi iclasında qəbul edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu qətnamədə, onu yazanlar, İranda elan edilməmiş üç məkanda nüvə maddələrinin aşkar olunması barədəki saxta iddialarla bağlı nigarançılıq edib və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə tam şəkildə əməkdaşlıq etməsini istəyiblər.
Qətnamədə İrandan istənilibdir ki, öz qanuni öhdəliklərini yerinə yetirmək üçün təcillik əsasında hərəkət/ və agentliyin baş direktorunun/ müahidənin bütün yerdə qalan məsələlərinin həll edilməsi və şəffaflıq yaratmaq istiqamətində daha artıq anlaşma üzrə təklifini təxirə salmadan qəbul etsin.
Qeyd olunan qətnamədə agentliyin baş direktorundan da istənilibdir ki, müahidə məsələlərinin yerdə qaldığı müddətədək direktorlar şurasına hesabat verməyi davam etdirsin.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi Mixail Ulyanov bir tvittdə yazıbdır ki, direktorlar şurasının 35 üzvündən otuz ölkə bu qətnamənin lehinə səs verib. Hindistan, Pakistan və Liviya qətnaməyə tərəfsiz,/ Rusiya və Çin isə əleyhinə səs veriblər.
Bu rus diplomat əlavə edib: Dünya əhalisinin yarısından çoxunun nümayəndəsi olan ölkələr bu qətnaməni himayə etməyiblər.
Bu, nüvə anlaşmasının icra olunmasından sonra sionist rejimin təzyiqi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İrana qarşı verilən ikinci qətnamədir.
19 iyun 2020-ci il tarixində də oxşar bir qətnamə Amerikanın himayəsilə/ nüvə anlaşmasına üzv üç Avropa ölkəsi tərəfindən təklif olunub, qəbul edildi.