İyun 09, 2022 11:43 Asia/Baku
  • Yunanıstan İranın gücü qarşısında təslim oldu

Röyters xəbər verir ki, Yunanıstan məhkəməsi bu ölkənin sahillərində İranın neftini daşıyan gəminin yükünü müsadirə etmək üçün ABŞ-a icazə verən hökmü bu gün ləğv edib.

SəhərAzəri-nin məlumatına əsasən, Röyters yazır ki, Yunanıstan sahillərində İran neftini daşıyan gəminin ABŞ tərəfindən saxlanılması və onun neft yükünün müsadirə edilməsi İranı qəzəbləndirdi və rəsmi Tehran qarşılıqlı olaraq Fars Körfəzində Yunanıstana aid olan 2 neftdaşıyan gəmini saxladı. İran bildirdi ki, Afinaya qarşı cəza tədbirləri görəcək. 
Röytersin verdiyi məlumata görə, Yunanıstan məhkəməsi artıq ilkin hökmun ləğvinə qərar verib və bu apelyasiya rəyi hesab olunduğundan onun dəyişdirilməsi çox çətin olacaq.

Teqlər