Britaniya Rusiya nümayəndə heyətinə viza verməyib
https://azeri.sahartv.ir/news/dünya-i390389-britaniya_rusiya_nümayəndə_heyətinə_viza_verməyib
Britaniya ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin viza müraciətinə rədd cavabı verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 22, 2022 09:07 Asia/Baku
  • Britaniya Rusiya nümayəndə heyətinə viza verməyib

Britaniya ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin viza müraciətinə rədd cavabı verib.

SəhərAzəri-nin məlumatına əsasən, Reuters məlumatı Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Djabarova istinadən verib.

O, ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvlərinə Britaniya vizasının verilmədiyini bildirib.

Qeyd edək ki, ATƏT-in növbəti, 29-cu sessiyası 2-6 iyul tarixlərində İngiltərənin Birminqem şəhərində keçiriləcək.