İyun 23, 2022 12:33 Asia/Baku
  • İngiltərə dəmiryolçularının tətili genişlənir

London metrosu işçilərinin İngiltərə dəmiryolçularının tətilinə qoşulmaları ilə tətilin əhatə dairəsi genişlənib.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərədə inflyasiya son qırx ildə ən yüksək səviyyəyə çatıb. İqtisadçılar deyirlər ki, onun üçün aydın perspektiv yoxdur və bu inflyasiyanın harayadək və nə qədər davam edəcəyini heç kim bilmir.

İngiltərədə ərzaq qiymətləri də bu günlər rekord səviyyədədir ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir. İngiltərə rəsmiləri bu ilin sonunda inflyasiyanın on bir faizə çatacağını proqnozlaşdırırlar.

Press TV-nin məlumatına görə, London metrosu işçilərinin İngiltərədə dəmiryolu sektorunda ən böyük tətilə qoşulmaları paytaxtın adətən sərnişinlərlə dolu olan metro stansiyalarında sükutun hökm sürməsinə səbəb olubdur.

İngiltərə dəmiryolu xidmətinin işçiləri əmək təhlükəsizliyinin və əmək haqlarının kifayət qədər olmamasına etiraz əlaməti olaraq, ümumölkə tətili keçirirlər.

London şəhərinin rəsmiləri bu tətillərə cavab olaraq, əhaliyə avtobuslardan istifadə etməyi tövsiyə ediblər.

Son otuz ildə İngiltərədəki ən böyük tətili tənqid edən bu ölkənin baş naziri Boris Conson onu lazımsız hiddət adlandırıb.

“Ekonomist” nəşrinin qiymətləndirməsinə görə, İngiltərənin Avropa Birliyindən çıxması bu ölkənin iqtisadi vəziyyətini daha da pisləşdiribdir.

Dünya səviyyəsində əmtəə mal ticarətinin təxminən altı faiz artdığı bir halda, 2021-ci ilin son rübündə İngiltərə 2019-cu ilin eyni dövrü ilə müqayisədə on altı faiz az məhsul ixrac edibdir.

Aparılmış rəy sorğularına görə, pis iqtisadi vəziyyət İngiltərə əhalisinin yarısının gündəlik narahatçılığına çevrilib və əhalinin bir hissəsi yemək yeməməyə və ya gündəlik qidalanma sayını azaltmağa üz tutub.

Teqlər