Stoltenberqdən Ukraynaya hərbi yardımla bağlı açıqlama:
Madrid sammitində mühüm razılıq əldə olunacaq
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Madrid sammitində hərbi alyansa üzv ölkələr Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək.
SəhərAzəri-nin məlumatına əsasən, o bildirib ki, NATO üçün Madrid sammiti həlledicidir: “Çünki 30 müttəfiq ölkə Avropada İkinci Dünya Müharibəsinin bitməsindən sonra ilk dəfə ən böyük təhlükəsizlik böhranını həll etmək üçün müzakirəyə toplaşır”.
Y.Stoltenberq qeyd edib ki, müzakirə olunacaq məsələlərin mərkəzində Rusiya və Ukrayna olacaq:
Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixlərində keçiriləcək.
Bu arada ABŞ Dövlət katibi Entoni Blinken iddia edib ki, Rusiya Ukraynadakı müharibəni artıq uduzub. Çünki ukraynalılar inanılmaz cəsarətlə müqavimət göstərirlər.
Onun sözlərinə görə, Putinin məqsədi, özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar olub və Rusiya ordusunda aşağı əhval-ruhiyyə, yüksək ölüm nisbəti və texniki problemlərhöhm sürür.