İyul 01, 2022 12:46 Asia/Baku
  • Rusiya İngiltərə səfirini çağırtdırıb

İngiltərə baş nazirinin Rusiya prezidenti haqdakı son sözlərinin ardınca Moskva İngiltərə səfirini çağırtdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya xarici işlər nazirliyi İngiltərənin Moskvadakı səfiri Debora Bronnerti çağırtdırıb və İngiltərənin baş naziri Boris Consonun Rusiyaya və onun prezidenti Vladimir Putinə qarşı təhqiramiz sözlərinə görə, ona kəskin nota təqdim edib.

Rusiya xarici işlər nazirliyi vurğulayıb ki, Consonun Rusiya əleyhinə hücum xarakterli ifadələri rəsmi şəxslərin nümayəndələri və Rusiya xalqı üçün yolverilməzdir.

İngiltərənin baş naziri Boris Conson iddia edibdir ki, Rusiya prezidenti Vladimir Putin əgər qadın olsaydı, Ukraynaya hücum etməzdi.

Putin də Consonun cinsiyyət iddiasına cavab olaraq, deyib: Consonun sözlərilə İngiltərənin sabiq baş naziri Marqaret Tetçerin Folklend adalarındakı hərəkətləri yadıma düşdü.

Kreml-in sözçüsü Dmitri Peskov da Boris Consonun sözlərinə reaksiya verib və tənə ilə deyib ki, avstriyalı psixiatr Ziqmund Freyd həyatı boyu öz tədqiqatları üçün Conson kimi bir şeyə malik olmağı arzu edirdi.

Teqlər