İyul 03, 2022 11:38 Asia/Baku
  • Paris hava limanında tətil aksiyası üçüncü gün uçuşların ləğvinə səbəb olub

Parisdə hava limanları işçilərinin tətil aksiyası üçüncü gündür uçuşların ləğvinə səbəb olur.

SəhərAzəri- "FRANCE 24"ün məlumatına görə, Parisdə şənbə günü hava limanının işçiləri ardıcıl üçüncü gündür ki, tətil aksiyası keçirərək sərnişinlərin daşınmasında fasilələrə və uçuşların ləğvinə səbəb olublar. 

Ötən cümə axşamı başlayan bu tətil aksiyası bazar gününə qədər davam edəcək.

Hava limanı işçiləri, maaş tələblərini səsləndirmək üçün iyulun 8-dən 10-a qədər Fransa paytaxtının əsas beynəlxalq aeroportlarında daha bir aksiya keçirəcəklərini söyləyiblər və bu, yayın əvvəli səyahət edənlər üçün daha da pozulduğunu göstərir.

Fransa hava yollarının rəsmiləri tətil aksiyası səbəbindən cümə günü şəhər hava limanlarından xaricə uçuşların 17 faizini, şənbə günü isə daha 14 faizni ləğv ediblər.

Paris hava limanlarının işçiləri iyulun 13-dən 17-dək başqa tətillər planlaşdırırlar.

Ötən həftə müxtəlif Avropa ölkələrində işçilərin aşağı maaş və əmək haqqına etirazlarının genişlənməsi ilə Avropa qitəsinin aviasiya sektorunda tətil dalğası başlayıb.

Britaniya, İtaliya, Fransa və İspaniyada hava yollarının işçiləri tətillərə başlayıb və işəgötürənlərdən iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb ediblər.

Son günlər hava limanlarında kadr çatışmazlığı səbəbindən Avropanın müxtəlif şəhərlərində yüzlərlə reys təxirə salınıb.

ABŞ-da da yüzlərlə uçuş ləğv edilib. 

CNN-nin məlumatına görə, ABŞ hava yollarında kadr çaiışmazlığı və pis hava şəraiti səbəbindən ən azı min 305 reys təxirə salınıb, 417 reys isə ləğv edilib. 

Teqlər