İyul 03, 2022 12:31 Asia/Baku
  • Avropa Rusiya enerjisindən asılılığı azalda biləcəkmi? - TƏHLİL

Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi ilə Avropa yanacaq təchizatından narahatdır. Buna görə də Avropa İttifaqı üzv ölkələrdə enerji istehlakını azaltmaq üçün təcili plan hazırladığını elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, Avropa Birliyi ölkələrinin enerji və qaz ehtiyaclarına diqqəti yönəldəcək ümumi proqrama ehtiyacı olduğunu bildirib.

Avropa ölkələri son bir neçə ayda Moskvaya maksimum təzyiq göstərmək üçün Rusiyanın enerji sektoruna və xüsusilə də ölkənin neft-qaz sektoruna sanksiyalar tətbiq edib. Amma bu sanksiyalar indiyədək əks nəticə verib və indi Rusiyanın enerji mənbələrindən çox asılı olan Avropa ölkələri üçün vəziyyət mürəkkəbdir.

Son aylar Avropada yanacağın qiyməti kəskin artıb. Nəticədə, bir çox mal və xidmətlərin qiyməti də artıbdır ki, bir çox Avropa ölkəsi artan inflyasiya və iqtisadi artımın azalması ilə üzləşməli olub.

Avropa Statistika Agentliyinin son məlumatları göstərir ki, Avro-zonada inflyasiya ötən ay 8,1 faizə çatıb. Bu vəziyyət Avropa ölkələrinin soyuq mövsümdən çox narahat olduğu və yanacaq tədarükü ilə bağlı indiyədək gördükləri tədbirlərin effekt vermədiyi bir vaxtda baş verir.

Avropa İttifaqı Komissiyasının prezidenti xanım Ursula fon der Leyen xəbərdarlıq edib ki, böhran qış aylarında dahada sərtləşəcək. Ona görə də Brüssel təbii qaz böhranından çıxış yolu axtarır.

Bu baxımdan, Avropa mayeləşdirilmiş təbii qazın idxalını nəzərdən keçirir. Lakin bu idxal Avropanın tələbatını ödəyə və Rusiyadan idxal olunan enerjini əvəz edə bilməz. Məlumatlara görə, Avropanın idxal etdiyi təbii qazın 67%-i Rusiyadan təmin edilir, ona görə də maye qazın böyük həcmdə idxalı Avropa üçün çox baha başa gələcək və vaxt aparacaq. Bu isə o deməkdir ki, Avropa ölkələri yaranmış böhranı qısa müddətdə idarə edə bilməyəcəklər.

Teqlər